"Referans"ın laboratoriyalarında mikroorqanizmləri identifikasiya edən ən müasir avadanlıqlar tətbiq edilir
28.01.2023 10:05

Vitek 2 Compact analizatoru mikroorqanizmlərin identifikasiyası və onların antimikrobial dərman preparatlarına qarşı həssaslığını, Minimal İnhibisiya Konsentrasiyasının (MİC) təyinini təmin edən tam avtomat sistemdir.

 

Referans Medical Group-dan Aztibb.az-a verilən məlumata görə, Referans Kliniki Laboratoriya Mərkəzində bu avadanlıqlar tətbiq olunur. 

Belə ki, patoloji material kultivasiya edildikdən sonra təmiz kultura alınır və bu aparat vasitəsilə mikroorqanizmlərin (qram-mənfi çöplərin, qram-müsbət kokların, anaerob bakteriyaların, Neisseria, Haemophilus influenzae, Corynebacteria, Lactobacillus, Bacillus, göbələklərin və s.) identifikasiyası aparılır.

Vitek 2 Compact seriyalı analizatorların istifadəsi imkan verir:


-antibiotiklərin alınması xərclərini azaltmağa;
-mikroorqanizmlərin qisa müddətdə müəyyən edilməsində və həssaslıq testlərinin -aparılmasında vaxta qənaət etməyə;
-antibiotiklərin Minimal İnhibisiya Konsentrasiyasını (MİC) müəyyən etməklə effektiv nəticə əldə etməyə;
-adekvat terapiya təyin etməyə və antibiotikə qarşı rezistentliyin inkişafının qarşısını almağa;
-müalicə müddətini və xəstənin müalicə-profilatika müəssisələrində keçirdiyi vaxtı azaltmağa;
-nozokomial (xəstəxana daxili) ştammlarla effektiv mübarizə aparmağa.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır