Təsadüfi istifadə edilən qrip dərmanları ürək ritmini pozur - Uzman həkim
28.01.2023 11:56
65 yaşdan yuxarı hər kəsə qrip peyvəndi olunmaq tövsiyə olunur. Xüsusilə də ürək çatışmazlığı olan xəstələrin immun sistemi aşağı olduğu üçün qrip və soyuqdəyməyə tez yoluxurlar.
 
Bu barədə Aztibb.az-a Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
 
Həkim bildirib ki, hazırda iki növ peyvənd var. Biri 5 illik, digəri isə ömürlük qorunma üçündür. Hansı uyğun gəlirsə, biz xəstələrimizə onu tövsiyə edirik.
 
Cabir Gülmalıyev qeyd edib ki, ürək xəstələri təsadüfi və kortəbii şəkildə tapdıqları qrip və soyuqdəymə dərmanlarından istifadə etməməlidir. Təsadüfi qrip və soyuqdəymə dərmanı istifadə etmək ürəkdə ciddi ritm pozğunluqlarına səbəb ola bilər. Çünki, onların tərkibindəki "psevdoefedrin" və "efedrin" adlı vazokonstriktor maddələr ritm pozğunluğu və yüksək qan təzyiqi yaradır:
 
"Bu, hər kəs üçün keçərlidir. Lakin bu vəziyyət ürək xəstələrində daha aydın müşahidə oluna bilər. Ona görə də xüsusilə ürək xəstələri həkimləri ilə məsləhətləşmədən belə dərmanlardan istifadə etməməlidirlər".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır