"Yüksək intensiv lazer müalicəsi üz iflicinin müalicəsində istifadə etdiyimiz uğurlu müalicə metodudur" - Fizioterapevt
29.01.2023 13:10
Üz sinirinin nevriti - üz sinirinin və üzün mimiki əzələlərinin iltihabi zədələnməsidir. Nəticədə həmin nahiyyənin əzələlərində zəiflik meydana gəlir, mimiki hərəkətlərin azalması (parez) və ya tamamilə itməsi (iflic), bu da nəticə etibarilə üzün assimmetriyasına səbəb olur.
Aztibb.az xəbər verir ki, bu barədə Bioloji Təbabət Klinikasının Fizioterapiya şöbəsinin müdiri Nuriyyə Əlibəyli məlumat verib.
Həkim bildirib ki, üz siniri dar sümük kanalından keçir ki, bu da iltihabi proses və qan dövranı pozulması zamanı tunel sindromun əmələ gəlməsinə şərait yaradır. Üz sinirinin özünəməxsus quruluşuna malik olan və ya anatomik dar kanala malik olan insanlar üz sinirinin nevritinə daha çox məruz qalırlar. Üz sinirinin nevritinə səbəb qulaq və boyun nahiyyəsində soyuqdəymə və ya kondensioner üfürməsi ola bilər.
Onun sözlərinə görə, üz sinir iflicinin bərpasında fizioterapiyanın rolu böyükdür. Üz sinir iflicində fizioterapiya müxtəlif cihazların tətbiqi və məşqlər ilə aparılır.
"Yüksək intensiv lazer müalicəsi - son illərdə üz iflici müalicəsində istifadə etdiyimiz və çox uğurlu nəticələr əldə etdiyimiz yenilikçi bir müalicə metodudur, çünki sinir bərpa dərəcəsini çox artırır. Bununla yanaşı, kombin olunmuş şəkildə miostimulyasiya, maqnitoterapiya, manual terapiya və akupunktura kimi müalicə üsullarını da tətbiq etmək olar", - deyə Nuriyyə Əlibəyli qeyd edib.
Bu bölməyə aid digər xəbərlər
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

