Xayalığın ultrasəs müayinəsi nəyi göstərir? - Radioloq AÇIQLADI
25.01.2023 12:00
 
Xayalığın ultrasəs müayinəsi (Scrotal USM) ilə varikosele, xayanın burulması, spermatosele, hidrosele, xayalıq orqanlarının iltihabi xəstəlikləri (orxit, epidedimit), xayalığın absesi və s. müəyyən etmək olar.
 
Bu barədə Aztibb.az-a "Səhhət" klinikasının həkim-radioloqu Etibar Nəsibov məlumat verib.
 
Onun sözlərinə görə, xayalığın ultrasəs doppleroqrafiyası xayalıqda kəskin ağrı, xayalığın travmatik zədələnməsi, xayalıq dərisində damar şəklinin güclənməsi, xayalığın ölçülərinin böyüməsi, bir və ya hər iki xayanın ölçülərinin kiçilməsi, xayalıq nahiyəsində diskomfort (yanma hissi və s.), əllə müayinə oluna bilən törəmələr, cinsi zəiflik, sonsuzluq kimi hallarda təyin olunur.
 
Həkim bildirib ki, xayaların doppleroqrafiyası qeyri-invaziv, pasiyentin sağlamlığına heç bir mənfi təsir göstərməyən müayinə üsuludur. Müayinəyə əksgöstəriş yoxdur.
 
Etibar Nəsibov qeyd edib ki, müayinə zamanı aşağıdakı göstəricilər təyin edilir:
Xayaların ölçülərinin yaş normalarına uyğunluğu
Xaya və artımların strukturunun həmcinsliyi və exogenliyi
Sərbəst mayenin miqdarı
Anexogen törəmələrin mövcudluğu, onların ölçüləri.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır