STM regionun ən böyük tibb mərkəzlərindən biridir
20.01.2023 08:19

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən biri də Sumqayıt Tibb Mərkəzidir (STM).

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, STM 17 tibb müəssisəsini özündə birləşdirən, 500 minə yaxın insana xidmət göstərən regionun ən böyük tibb mərkəzlərindən biridir.

 

Mərkəzin tabeliyində 7 ailə sağlamlıq mərkəzi, 7 xəstəxana, Təcili Tibbi Yardım Stansiyası, Perinatal Mərkəz və Stomatoloji poliklinika fəaliyyət göstərir.

 

STM-in tabeliyində olan müəssisələrdə Cərrahiyyə, Kardiologiya, Uşaq cərrahiyyəsi, Terapiya, Uşaq reanimasiyası, Nevrologiya, Yenidoğulmuşların reanimasiyası, Doğuş və doğuşayardım, İlkin səhiyyə xidməti, Tibbi reabilitasiya və fizioterapiya, Poliklinika, Pediatriya, Uşaq travması, Ginekologiya, Stomatologiya, Patologiya, Endokrinologiya, Urologiya, Nefrologiya, Oftalmologiya, Hemodializ, Yoluxucu xəstəliklər, Radiologiya, Neyrocərrahiyyə və Travmatologiya şöbələri fəaliyyət göstərir.

 

Hazırda tibb müəssisəsində 4 643 nəfər çalışır. Onlardan 974-ü həkim, 1 893-ü orta tibb işçisi, 1 776 nəfəri isə qeyri-tibb işçisidir.

 

Gün ərzində STM-in tibb müəssisisələrində vətəndaşlara 10 000-dən çox ambulator tibbi xidmət, 3 000-ə yaxın isə stasionar xidmət göstərilir.

 

Çarpayı fondunun miqdarı 1 171-dir.

 

Qeyd edək ki, tibb müəssisəsində 1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən burada ödənişsiz istifadə edə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır