Nitq ləngimələri və məktəb dövründə onun fəsadları
20.01.2023 10:58
Günümüzün ən aktual məsələlərindən biri uşaqların nitqindəki problem, nitq ləngimələri və onun gələcək həyatda, məktəb dövründə təlim fəaliyyətinə mənfi təsir göstərməsidir. Təəssüf ki, son dövrlər uşaqlarda psixi və nitq ləngimələrinə aktiv şəkildə rast gəlinir. Nitq ləngiməsi tamamilə sağlam uşaqlarda da müşayiət olunur və bəzi hallarda bunun ciddi səbəbləri ortaya çıxır.
Bu barədə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının loqoped-surdopedaqoqu Safiya Nusalova məlumat verib.
Həkim bildirib ki, nitq qüsurlarının səbəbləri müxtəlif olur. Psixoloji və nitq inkişafı ləngiməsi anadangəlmə amillərdən qaynaqlanırsa uşağın erkən yaşlarında özünü göstərə bilər. Bəzi hallarda danışmada olan ləngimə genetik, yaxud uşağın sağlamlığı ilə bağlı olur:
"Əgər bir uşağın nitqi 4 yaşında açılırsa, burada geriləmə müşahidə olunur və mütləq psixoloji ləngimə də araşdırılmalıdır. Tədqiqatlar göstərir ki, uşaqlar 1 yaşında 10-12, 2 yaşında 200-ə yaxın söz ehtiyatına sahib olur. 3-4 yaş arasında isə uşaqlar 400-500 söz bilməli, nəhayət, 5 yaşında nitqləri tam formalaşaraq məktəbə hazır olmalıdırlar".
Onun sözlərinə görə, nitqin inkişafında geriləmə psixoloji travma ilə də əlaqəli ola bilər, stabil, sağlam ailə mühitində böyümə, həmyaşıdları ilə ünsiyyətdən çəkinmə. Bu halda mütləq uşaq psixoloqu ilə işləmək lazım gəlir. Uşağın davamlı şəkildə televizor, kompüter qarşısında oturması, planşet, telefondan istifadə etməsi nitq ləngiməsinin digər səbəbi ola bilər. Bunlar valideynlərin buraxdığı səhvlərdən biridir. Bunun nəticəsində uşaqda nitq ləngiməsi müşahidə olunur, uşaqların özünə qapanmasına şərait yaradır, sosiallaşmasına mane olur.
Safiya Nusalova qeyd edib ki, nitqin inkişafı üçün sosiallaşma əsas faktorlardan biridir. Nitq inkişafındakı geriləmə vaxtında düzəlməzsə, uşaq böyüdükcə özünü daha çox biruzə verəcək, onun psixikasında da geriləmə müşahidə olunacaq, məktəbdə oxumaq və yaşıdları ilə ünsiyyət qurmasında son dərəcə çətinlik yaradacaq.
"Ümumiyyətlə, uşağın danışma çətinliyi nə qədər uzunmüddətli olarsa, psixi və əqli inkişafı bir o qədər gecikər. Çünki uşaqlar böyüdükcə, başqaları ilə dialoqlarda deyilənlərdən daha çox məlumat əldə edirlər. Bu məsələyə səthi yanaşmamalı, valideyn, psixoloq, loqoped və lazım gələrsə, həkimlə birlikdə hərəkət etməli və problemin həllinə tez və ləngimədən nail olmalıdırlar. Nitqin inkişafında olan geriliyin əsas səbəblərini araşdırıb, korreksiya etməklə mövcud problemləri aradan qaldırmaq mümkündür. Multidissiplinar komanda şəklində korreksiya işinin aparılacağı halda daha effektli nəticələr əldə etmək mümkündür", - deyə o, bildirib.
Bu bölməyə aid digər xəbərlər
Salyanın Kürqaraqaşlı kənd məktəbinin müəllimləri üçün maarifləndirici tədbir
22.10.2026 | 15:35
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
Tərtər RMX-nın Təcili Tibbi Yardım və Cərrahiyyə şöbəsinin tibb işçiləri təlimə cəlb olunub
17.10.2026 | 16:33
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

