Yeni Klinikada “Akademik fəaliyyətə başlanğıcın yolları” mövzusunda seminar keçirilib  
25.07.2025 13:38
Azərbaycan Daxili Xəstəliklər Dərnəyi, TƏBİB Akademiyası, Azərbaycan Nefroloqlar Cəmiyyəti və Yeni Klinikanın birgə təşkilatçılığı ilə “Akademik fəaliyyətə başlanğıcın yolları” adlı elmi-praktik seminar baş tutub.
 
Klinikadan Aztibb.az-a bildirilib ki, seminarın açılış mərasimində Yeni Klinikanın direktoru Barat Yusubov və Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri Elnur Fərəcov çıxış edərək, tədbirin əhəmiyyətindən və gənc mütəxəssislərin elmi fəaliyyətə təşviq edilməsinin vacibliyindən bəhs ediblər.
 
Tədbir çərçivəsində Yeni Klinikanın Ümumi cərrahiyə və orqan transplantasiyası şöbəsinin ümumi cərrahı Mirxalıq Cavadov, eləcə də TƏBİB Akademiyasının Layihələr və tədqiqatlar bölməsinin müdiri Aygün Qocayeva çıxış edərək, akademik karyeraya başlamağın əsas mərhələləri, elmi araşdırma prosesləri və layihə idarəçiliyi haqqında iştirakçılarla dəyərli bilik və təcrübələrini bölüşüblər.
 
Seminarın sonunda Azərbaycan Daxili Xəstəliklər Dərnəyi və Azərbaycan Nefroloqlar Cəmiyyətinin birgə təşkil etdiyi mükafatlı elmi məqalə müsabiqəsinin qalibləri elan edilib, qaliblərə sertifikatlar və hədiyyələr təqdim olunub.
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU əməkdaşından iki mühüm beynəlxalq nailiyyət: Q1 jurnalında elmi məqalə və ESE-də “Certified member” statusu   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib