Hepatitlə Mübarizə Həftəsi çərçivəsində Culfa Rayon Mərkəzi Xəstəxanasında maarifləndirici tədbir keçirilib
28.07.2025 08:34

Hepatitlə Mübarizə Həftəsi münasibətilə Culfa Rayon Mərkəzi Xəstəxanasında maarifləndirici tədbir təşkil olunub.

 

Bu barədə Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Tədbirin məqsədi hepatit virusları haqqında ictimaiyyətin məlumatlandırılması, xəstəliyin qarşısının alınması yolları barədə əhalinin maarifləndirilməsi və profilaktik tədbirlərin gücləndirilməsidir.

 

Tədbiri giriş sözü ilə Culfa Regional Tibb Mərkəzinin direktoru Zaur Həsənov açaraq hepatit viruslarının cəmiyyət üçün yaratdığı təhlükələr və bu istiqamətdə görülən tədbirlər barədə geniş məlumat verib. O, bildirib ki, vaxtında aparılan diaqnostika və profilaktik tədbirlər hepatitə qarşı mübarizədə mühüm rol oynayır.

 

Tədbirdə Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Leyla Əsgərova və Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin infeksionisti Abbas Əliyev çıxış edərək hepatit viruslarının növləri, ötürülmə yolları, risk faktorları, diaqnostikası və müalicə metodları barədə ətraflı məlumat veriblər. Çıxışlar zamanı vətəndaşların sualları cavablandırılıb və onlara maarifləndirici bukletlər təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır