Qəbələdə növbəti mürəkkəb cərrahi əməliyyat uğurla icra olunub  
21.04.2026 08:16
Qəbələ Rayon Mərkəzi Xəstəxanasında növbəti mürəkkəb cərrahi əməliyyat uğurla icra olunub.
 
 
Aztibb.az-a Xəstəxanadan bildirilib ki, Qəbələ RMX-ya müraciət edən 1969-cu il təvəllüdlü şəxsə (qadın) uşaqlığın çox böyük ölçüdə və çoxsaylı qanayan fibromiom düyünləri (teratoma tipli) diaqnozları təyin olunub və cərrahi əməliyyat tövsiyə olunub.
 
Həkim-cərrah Fariz Abdullayev və həkim-anesteziloq-reanimatoloq Azər Söhbətov tərəfindən tərəfindən icra olunan laparotomiya (uşaqlığın hər iki artımlarla birgə ekstirpasiyası) əməliyyatı uğurla başa çatıb.
 
Cərrahi əməliyyatdan sonra müalicəsi müvafiq şöbədə davam etdirilən pasiyentin vəziyyəti qənaətbəxş hesab edilir.
 
Qeyd edək ki, bugünədək, əsasən, paytaxtdakı ixtisaslaşmış tibb müəssisələrində icrası mümkün olan bir sıra mürəkkəb əməliyyatlar, həmçinin tibbi müayinələr artıq region xəstəxanalarında da həyata keçirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır