Tərtər RMX-da təlim: “Mülki müdafiə dəstələrinin fövqəladə hadisələr zamanı əsas vəzifələri” 
21.04.2026 10:37
Tərtər Rayon Mərkəzi Xəstəxanasında “Mülki müdafiə dəstələrinin fövqəladə hadisələr zamanı əsas vəzifələri” mövzusunda təlim təşkil olunub.
 
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, mülkü müdafiə üzrə mütəxəssis Ceyhun Həsənov təlimin keçirilməsində əsas məqsədin fövqəladə hallar zamanı tibb işçilərinin operativ və düzgün fəaliyyət bacarıqlarının artırılması, mülki müdafiə qaydalarının praktik tətbiqi və tibbi personalın hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarət olduğunu vurğulayıb.
 
Ceyhun Həsənov təlim zamanı fövqəladə hadisələr zamanı görüləcək ilkin tədbirlər, tibbi personalın vəzifələri, xəstələrin təhlükəsiz təxliyəsi, həmçinin fövqəladə vəziyyətlərdə koordinasiyalı fəaliyyət mexanizmləri barədə ətraflı məlumat verib.
 
Qeyd olunub ki, belə təlimlərin mütəmadi keçirilməsi tibb müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə və fövqəladə hallara hazırlığın daha da artırılmasına xidmət edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır