Naxçıvan Səhiyyə Nazirliyində kadr potensialının inkişafı və idarəçiliyin təkmilləşdirilməsi ilə bağlı iclas keçirilib
27.07.2025 10:33

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində nazirliyin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan kadrlar üzrə məsul şəxslərlə iclas keçirilib.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, iclasın keçirilməsində əsas məqsəd səhiyyə sahəsində kadr potensialının gücləndirilməsi, insan resurslarının düzgün idarə olunması, idarəetmə proseslərinin səmərəliliyinin artırılması, eləcə də vahid səhiyyə informasiya sisteminin formalaşdırılması istiqamətində görülən işlərin müzakirəsi olub.

 

Tədbirdə Səhiyyə Nazirliyinin İnzibati İdarəetmə Şöbəsinin kadrlarla iş üzrə baş məsləhətçisi Ayşən Səfərova mövzu ilə bağlı çıxış edərək səhiyyə sistemində kadr siyasətinin düzgün qurulmasının əhəmiyyətindən bəhs edib. O, kadrların seçilməsi, yerləşdirilməsi, peşəkar inkişafının təmin olunması və idarəetmədə müasir yanaşmaların tətbiqi barədə iştirakçılara geniş məlumat verib.

 

İclas zamanı həmçinin səhiyyə müəssisələrində insan resurslarının vahid bazada toplanması, bu istiqamətdə elektron sistemlərin tətbiqi və vahid informasiya mühitinin yaradılması ilə bağlı müzakirələr aparılıb. Ayşən Səfərova qeyd olunan məsələlər ətrafında iştirakçıların suallarını cavablandırıb, təklif və tövsiyələri dinləyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır