Öskürəyə səbəb olan amillər nələrdir? - Uzman terapevt açıqladı
11.01.2023 19:24

Qışda və yazda tənəffüs yolları infeksiyaları səbəbindən öskürək yaranması halları kifayət qədər çox olur. Qripdən, zökəmdən başlayaraq, sətəlcəm, bronxit, laringit, otit (orta qulaq iltihabı), eləcə də digər tənəffüs yolu problemləri öskürək yarada bilir.

 

Bu barədə Aztibb.az-a Xətai Tibb Mərkəzinin uzman terapevti Çinarə Səfərova məlumat verib

 

Həkim bildirib ki, öskürəyə səbəb olan amillərdən biri də astmadır. Tənəffüs yollarında şişmə və daralma yaradan bu xəstəlik quru öskürəyin ən geniş yayılan səbəblərindən biridir. Kəskin dövrlərində xəstəlik zamanı bəlğəmli öskürək də yaranır və cidi nəfəs darlığı meydana gəlir.

 

Onun sözlərinə görə, allegiyalar da xroniki öskürək yaradır. Öskürəklə yanaşı asqırma, burundan axıntı, gözlərdə sulanma allergik reakisyalardan xəbər verir.
Mütəxəssislər ələlxüsus da siqaret çəkən şəxslərdə öskürən zaman yaranan dəyişikliklərə mütləq diqqətlə yanaşmağı tövsiyə edirlər.

 

"Öskürəyə səbəb olan problemlərdən biri də ürək çatışmazlığıdır. Həmçinin öskürək səbəblərindən biri də reflükslərdir (mədə, mədəaltı vəz şirəsi və öd qarışığından ibarət onikibarmaq bağırsaq möhtəviyyatının qida borusuna geriyə qayıtması). Reflküs gizli inkişaf edən başqa xəstəliklərlər birgə də öskürək yarada bilir", - deyə Çinarə Səfərova bildirib.




ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır