Revmatoloq: "Reaktiv artrit zamanı daktilit və sakroileyit inkişaf edir"
11.01.2023 16:01

Reaktiv artrit - ReA daha çox bağırsaq və sidik cinsiyyət yollarının infeksiyasından sonra yaranan dayaq hərəkət aparatının "steril iltihabi" xəstəliyidir. Ankilozlaşan spondilo artrit və psoriatik artritlə birlikdə sero neqativ spondilitlər qrupuna daxildir. Etioloji agentlər xlamidiya, salmonella, ureaplazma ola bilir.

 

Aztibv.az xəbər verir ki, bu barədə Bioloji Təbabət Klinikasının revmatoloqu Kamilə Yusifova məlumat verib.

 

Həkim bildirib ki, keçirilmiş infeksiyada 1-4 həftə sonra kəskin oynaq ağrıları başlayır. Daha çox aşağı ətraf oynaqları və onurğa zədələnir. Bu xəstəlik zamanı daktilit (barmaqların iltihabi ödemi) və sakroileyit inkişaf edir.

 

Onun sözlərinə görə, oynaqdankənar əlamətlərdən biri konyuktivitdir (gözlərdə qızartı).

 

ReA-nın xarakterik traidası:

Uretrit (kişilərdə), servisit(qadınlarda)
Artrit (topuq, onurğa, barmaqlarda iltihab)
Konyuktivit (göz iltihabı)

 

Ümumilikdə xoş gedişli olsa da, düzgün müalicə olunmadıqda bu əlamətlər dəfələrlə təkrarlanır və onurğada, gözlərdə geridönməyən dəyişikliklər yaranır.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır