Möcüzəvi bitki olan zirincin faydaları
14.01.2023 12:27
Zirinc kol bitkisinin meyvəsi olub zirinckimilər fəsiləsinə aidddir. Zirincin kolu daima öz yarpaqlarını tökür və yenisi ilə əvəz edir. Yarpaqlarının uc hissəsi isə sərt və tünd yaşıl rəngdə olur.
 
Aztibb.az tibbi saytlara istinadən xəbər verir ki, zirinci yalnız tam dəymiş halda toplamaq və istifadə etmək lazımdır. Yetişməmiş zirinc zəhərli təsirə malik olur.
 
Qurumuş zirinci 3 il saxlamaq mümkündür. Bu zaman meyvələr kağız və ya parça torbanın içərisində saxlanılır. Onu eyni miqdarda şəkər tozu ilə də qarışdırıb saxlamaq olar. Bəzən zirinci duzlu suda da saxlayanlar olur. Bu zaman isə zirinc soyuq yerdə saxlanılmalıdır.
 
Kulinariyada ziricdən müxtəlif kompotların, içkilərin hazırlanması zamanı istifadə edilir. Zirincdən mürəbbələr, şirələr, jelelər, siroplar hazırlanır. Zirinc ət yeməklərinin bəzədilməsi məqsədilə də işlənilir.
 
Zirinc kökünü qaynadıb saçları boyadıqda saçlar davamlı və keyfiyyətli rəngə boyanmış olur.
100 qram zirincin qida dəyəri:
- Zülallar - 1 qr
- Yağlar - 0
- Karbohidratlar - 9,5 qr
- Su - 85 qr
- Kalori - 29,5 kKal.
 
Zirincin tərkibində karotinoidlər(ksantofill, lütein,zeaksantin, xrizantemaksantin, auroksantin, flavoksantin, kalsantin və s.), karbohidratlar, dubil maddələr, pektin,təbii turşular, makro və mikro elementlər, beta-karotin var. Onun tərkibi C, E, K vitaminləri, 11 növ alkoloid, limon və alma turşusu, tanin və qətran maddəsi ilə zəngindir. Orqanizmə güclü müalicəvi təsir göstərir. Qədim Misirdə ondan qanı təmizləmək məqsədilə istifadə edilib. Tibet monastrlarında zirinc cavanlaşma dərmanı kimi saxlanılıb. MDB ölkələrində zirincin kökündən, gövdəsindən və meyvələrindən qanaxma, Iltihab əlehinə istifadə edilib. Zirinc göbələk əleyhinə təsirə malikdir və qocalmanı ləngidir. Soyuqdəymə xəstəlikləri zamanı zirincdən xəstəliyin əlamətlərinin azaltmaq məqsədilə istifadə edilir. Onun qızdırmasalıcı, ağrıkəsici xüsusiyyətləri də var.
 
Qaraciyər, sidik sistemi üzvlərinin xəstəlikləri zamanı da zirincin faydası böyükdür. Tibb sahəsində də ondan hazırlanan dərmanlardan istifadə olunur. Zirincdən berberin adlı dərman hazırlanır ki, bu dərman öd daşı və xolisistit zaman qəbul edilir. Berberini Hind həkimləri leyşmaniozdan əziyyət çəkən xəstələrə təyin edirlər. Müasir tibbdə zirincin spirtli məhlulundan hepatitlər zamanı istifadə edilir. Bu məhlulu ev şəraitində aşağıldakı qaydada hazırlamaq mümkündür:
 
30 qram zirinc yarpaqları 100 qram 70%-li spirtdə 15 gün sərin və qaranlıq yerdə saxlanılır. Bu zaman tünd sarı rəngdə maddə alınır. Maddənin turş dadı olur və ondan hepatitlər zamanı istifadə edilir.
 
Bədxassəli şişlərin müalicəsində istifadə edilən bitki dəmləməsinin əsas tərkibini zirinc təşkil edir. Tərkibində zirinc kökü olan xolelitin preparatından öd daşı xəstəliyi, sarılıq, xolisistit zamanı geniş istifadə olunur.
 
Çində zirinc kökünün dəmləməsini göz xəstəlikləri zamanı kompres kimi tətbiq edirlər.
 
Almanlar zirincdən alınan cövhəri və ya zirincin meyvəsini mədə-bağırsaq sistemini xəstəlikləri və ağ ciyər xəstəlikləri zamanı qəbul edirlər.
 
Fransa həkimləri zirincin bakteriasid, hipotenziv və soyuqdəymə əleyhinə təsirə malik olmasına inanırlar.
 
Zirinc və onun yarpaqlarından dadlı çay dəmləmək olur. Yuxarıda adları çəkilən xəstəliklərin əlamətlərini azaltmaq üçün bu çaydan gündə 2 dəfə qəbul etmək lazımdır. Çayı dəmləmək üçün 1 çay qaşığı zirinc və ya zirinc yarpaqlarını 200 ml qaynar suya salıb bir saat saxlamaq və sonra içmək lazımdır. Çay arzu edilən nəticə alınana qədər içilməlidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır