Həddindən artıq duz istifadəsindən uzaq durun!
10.01.2023 08:52

Trakya Universiteti (TU) Tibb fakültəsi Kardiologiya bölümünün rəhbəri, dos. Sərvət Altay risk qrupunda olan ürək xəstələrinə tərkibində həddindən artıq duz olan, qablaşdırılmış qidalardan uzaq durmağı tövsiyə edib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, o, Türkiyədə duz istehlakının normadan artıq olduğunu bildirib.

 

Həddindən çox duz istehlakının təzyiqi artırdığını deyən S.Altay bildirib ki, duz ürək və böyrək xəstəliklərinin kökündə dayanır. Dosent duz istehlakının gündə 5 qramı keçməməsinin və ürək xəstələrinin duz məsələsinə daha həssas yanaşmasının vacibliyini qeyd edib.

 

"Gündəlik duz miqdarı nəzərə alınarkən yalnız qidaya əlavə edilən duz deyil, eyni zamanda istehlak edilən digər qidalardakı duz miqdarı da qiymətləndirilməlidir. Xəstələrdə ağır ürək çatışmazlığı, yüksək təzyiq və böyrək çatışmazlığı varsa, duzlu qidalardan uzaq durmalıdırlar”, - deyə S.Altay bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır