Mədə üçün faydalı və zərərli məhsullar
08.01.2023 08:52

Qastroenteroloq-endoskopist Rəfael Həsənov mədə üçün faydalı və zərərli məhsulları açıqlayıb.

 

Aztibb.az-ın məlumatına görə, həkim bildirib ki, aşağıdakı qidaların qəbulu tövsiyə olunur:

Duru südlü sıyıqlar (manna, yulaf, qarabaşq, düyü);
Buğda və ya suda bişirilmiş ət (ət yağlı olmamlıdır), buğda bişirilmiş kotlet, bişmiş yumurta, bişmiş kök, kartof, çuğundur;
Moruqlu, çiyələkli kisel (kiselin tərkibində olan nişasta qastrit və xora xəstəliyi zamanı müalicəvi təsir edir – mədənin divarlarında qoruyucu qat əmələ gətirir);
Süd, qaymaq südlü kokteyl, südlü çay;
Kərə yağı və bitki yağları və s.

 

Onun sözlərinə görə, bütün qızardılmış, duzlu, istiotlu, hisə verilmiş, marinada qoyulmuş qidalar qidalanmadan tamamilə çıxarılmalıdır. Qidalar yağda deyil, suda və buğda bişirilmişməlidir.

 

Qastroenteroloq əlavə edib ki, mədənin yüklənməməsi üçüm qida daha tez-tez və kiçik miqdarlarla qəbul olunmalıdır. Çox isti və çox soyuq qidaları və içkiləri qəbul etmək olmaz:

 

"Bu qaydaya hətta tam sağlam insanlar da riayət etməlidir. Həm çox soyuq, həm də çox isti qida və içkilər insan sağlamlığına ciddi ziyan vurur.

Unutmaq lazım deyil ki, sağlam qidalanma sağlam həyat tərzi deməkdir".



ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır