Rüşeym hüceyrələrin əbədiliyi mexanizmi aşkar edilib
06.01.2023 16:53

"Nature Aging" jurnalı: ANC-1 zülalı rüşeym xətləri hüceyrələrinin əbədiliyini təmin edir.

 

Aztibb.az lenta.ru-ya istinadla xəbər verir ki, Yunanıstanın FORTH elmi-tədqiqat mərkəzi yanında Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun mütəxəssisləri hüceyrənin nüvəsini zədələrdən müdafiə edən və ona düzgün işləməyə kömək edən molekulyar mexanizm aşkar ediblər.

 

"Nature Aging" jurnalında dərc edilmiş tədqiqatın nəticələrinə əsasən, bu, çoxalma ilə bağlı hüceyrələrin əbədiliyini təmin edir.

 

Caenorhabditis elegans nematodları (yumru qurdlar) üzərində aparılmış sınaqlar göstərib ki, hüceyrə nüvəsinin düzgün işi üçün onun elementlərinin strukturunun avtofagiyası (udma və emal)  əhəmiyyətli amildir. Bu halda nüvə qabığının membranında yerləşən zülallar bu prosesdə əsas rol oynayır. Nematodlarda ANC-1 zülalları, məməlilərdə isə Nesprin-2 zülalları bilavasitə avtofagiyaya məruz qalaraq nüvələrin ölçüsünün artımına mane olurlar.

 

ANC-1 həmçinin rüşeym xəttinin, başqa sözlə hüceyrənin fasiləsiz xəttinin əbədiliyi təmin edir.  Bu zülalın təkrar istehsalı yeni nəslin yaranması üçün əhəmiyyətlidir. ANC-1-in funksiyasının pozulması bir neçə sonrakı nəsil ərzində davam edən sonsuzluğa səbəb olur, həmçinin şiş hüceyrələrinin yaranmasına gətirib çıxarır. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır