Epilepsiya xəstəliyi və bu zaman ilk tibbi yardım
06.01.2023 11:01
Epilepsiya beyindəki neyronlarda ani və nəzarətsiz boşalmalarla özünü göstərir, beyinin bütün və ya bir neçə hissəsinə yayılır. Epilepsiya tutmalar şəklində özünü göstərir. Həyatında yalnız bir dəfə tutması olan xəstə epilepsiya xəstəsi hesab edilmir.
 
Aztibb.az xəbər verir ki, bu barədə Xətai Tibb Mərkəzinin həkim-nevroloqu Sevinc Abışova məlumat verib.
 
Həkim bildirib ki, beyin şişləri, alkoqolizm, serebrovaskulyar xəstəliklər (insult, beyin qanaması), zədələr və infeksiyalar epilepsiyaya səbəb olan faktorlardır.
 
Sevinc Abışova epilepsiya xəstəliyi zamanı ilk tibbi yardım barədə də məlumat verib. Onun sözlərinə görə, əvvəlcə panikaya qapılmamaq və xəstəni yalnız qoymamaq, tutmanın bitməsini gözləmək (1-5 dəq çəkə bilər) lazımdır. Bundan başqa, xəstənin hərəkətlərini dayandırmamaq, başının altına yumşaq əşya qoymaq, güvənli bir yerə uzatmaq, ətrafda olan sərt və təhlükəli əşyaları onun yanından uzaqlaşdırmaq, xəstəni yana çevirmək və tənəffüs yoluna düşməməsi üçün agzından tüpürcəyin boşalmasını təmin etmək məsləhətdir.
 
"Əgər xəstədə qalstuk və düyməli geyimlər varsa onun yaxası açılmalıdır. Epilpsiya zamanı xəstənin ağzına qaşıq salmaq da doğru deyil. Bu, dişləri və dili zədələyə bilər. Xəstənin cibində epilepsiya xəstəsi olmasına dair kart olduğuna diqqət etmək lazımdır. Tutmadan sonra xəstə yuxulayır, yorğun olur və nə baş verdiyini anlamaya bilir", - deyə nevroloq  bildirib.
Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır