Yevlaxda bayram tədbirləri təşkil olunur
29.12.2022 17:29

Yevlax Rayon Mərkəzi Xəstəxanasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, əvvəlcə müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş qəhrəman şəhidlərimizin əziz ruhunu bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə çıxış edən xəstəxananın direktoru Fazil İsmayılov əlamətdar günün əhəmiyyətindən danışıb, bayramlar münasibətilə tibb işçilərini təbrik edib. Bildirib ki, dünya azərbaycanlılarının birliyi ideyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik tariximizdəki ən böyük xidmətlərindən biridir.

Digər çıxış edənlər də xəstəxana kollektivini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.


Tədbirin sonunda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır