Araşdırma: Travmatik xatirələri beynimizdən silmək mümkündürmü?
28.12.2022 11:32

Alimlər uzaq keçmişin qorxulu və travmatik xatirələrinin “ön beyində” necə saxlandığını araşdırıblar.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla verdiyi xəbərə görə, Kaliforniya Universitetindən bir qrup tədqiqatçının siçanlar üzərində apardığı araşdırma göstərib ki, uzaq keçmişdən gələn qorxu anları “ön beyin” adlanan prefrontal korteksdə yaddaş neyronları arasında “daimi” saxlanılır.

 

Molekulyar biologiya sahəsində tədqiqatlara rəhbərlik edən prof. Jun-Hyeong Cho bildirib ki, travmatik hadisələrdən sonra prefrontal yaddaşdakı neyronlar tədricən güclənir və beyin membranı kimi bilinən beyin qabığında daimi formaların yaradılmasında mühüm rol oynayır.

Alim prefrontal korteksdə travma zamanı aktiv olan və travmatik hadisə xatırlandıqda yenidən aktivləşən bir qrup neyron müəyyən etdiklərini deyib.

 

Siçanlar üzərində aparılan tədqiqatlar zamanı aktiv neyronların fəaliyyətini dayandırdıqda qorxulu anların xatırlanmasının qarşısının alındığı məlum olub.

 

Araşdırmanın nəticələri "Nature Neuroscience" jurnalında dərc olunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır