Çin alimləri meymunların beyninə təsir edərək onların bədən temperaturunu endirməyə müvəffəq olublar
27.12.2022 10:36

Çin tədqiqatçıları makaka meymunlarının beyninə təsir edərək onların bədən temperaturunu aşağı salmağa nail olublar. Bu, gələcəkdə bəşəriyyəti uzun kosmik səyahətlər etmək üsulu ilə təmin edə bilər.

 

Aztibb.az naked-science.ru-ya istinadla xəbər verir ki, qış yuxusu istiqanlı heyvanlarda orqanizmdə bütün həyat proseslərinin yavaşladığı, metabolizm səviyyəsinin, onunla bərabər isə qidaya olan ehtiyacın kəskin düşdüyü xüsusi vəziyyətdir.

 

Çinin Şençjen Qabaqcıl Texnologiyalar İnstitutunun tədqiqatçıları meymunlarda süni yolla qış yuxusu yaratmağın mümkün olub-olmadığını yoxlamaq üçün makakalarda hipotalamus sahəsinin (beynin bu bölməsi daxili orqanların istiliyinin tənzimlənməsinə cavab verir) preoptik neyronlarını virusa yoluxdurublar. Bu, neyronları xüsusi preparata qarşı həssas edib. Bu preparat makakalara yeridildikdən sonra ayıq vəziyyətdə olan, eləcə də narkoz verilmiş meymunların bədən temperaturu azalıb. Bunu süni qış yuxusuna müvəffəq olma yolunda ilk addım hesab etmək olar.

 

Fizioloji parametrlərin kompleks monitorinqi göstərib ki, temperaturun enməsi meymunlarının orqanizmində soyuqdan müdafiə davranışlarının yaranmasına səbəb olur.

 

İşin nəticələri insan orqanizminin süni şəkildə soyuq dinclik vəziyyətinə gətirilməsinə həsr edilmiş tibbi və kosmik tədqiqatlarda cəlbedici perspektivlər açır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır