Allergik təsiri olmayan sabun və şampunlar körpələrin dərisinə daha uyğundur
19.07.2020 15:13

Uşaqların sağlamlığı həm də gigiyenik qaydalara əməl edilməsindən asılıdır. Analar bu sahədə daha həssas olurlar, lakin təmizlik vasitələrindən istifadə zamanı diqqət yetirilməsi vacib olan məsələləri bilmək əhəmiyyətlidir. Azyaşlıların dərisi zərif və həssas olduğuna görə yalnız onlar üçün istehsal edilən məhsullara üstünlük verilməlidir.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-dermatoloq Solmaz Orucova məlumat verib. O, bildirib ki, uşaq dərisi üçün ən çox nəmləndirici xüsusiyyətə malik olan kremlərdən istifadə etmək məsləhətdir, lakin onların tərkibində heç bir qatqı və hormonal maddələr olmamalıdır. Tərkibi A və E vitaminləri ilə zəngin olan başqa kosmetik vasitələrdən də istifadə etmək olar.

 

Mütəxəssis bildirir ki, şampun, sabun və digər təmizlik vasitələri uşağın dərisinə uyğun seçilməlidir. Həkim-dermatoloq qeyd edib ki, ilk növbədə, sabunu və ya maye sabunu köpük halına gətirəndən sonra körpənin dərisinə sürtmək lazımdır, çünki birbaşa təmas uşağın dəri səthinin qoruyucu funksiyasını aşağı sala bilər. Bundan başqa, ən çox quru dərisi olan uşaqlar üçün tərkibində qliserin, vazelin, kokos yağı və yaxud zeytun yağı olan sabunlardan istifadə edilməlidir.

 

"Bu zaman yaş kateqoriyasını da nəzərə almaq çox əhəmiyyətlidir",  - deyən dermatoloq S.Orucova hər yaşa uyğun təmizlik vasitələrinin fərqli tərkibə malik olduğunu, körpələr üçün əlavə rəng qatqısı, allergik təsiri olmayan sabun və şampunların daha məqsədəuyğun olduğunu söyləyib. Əlavə edib ki, tərkibində efir yağı olan təmizlik vasitələrindən isə uşağın 3 yaşından etibarən istifadə etmək olar. Sərt sabunlarla yalnız körpələrin əllərini yumaq məsləhətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub