İnsanlarda qan laxtalanması problemini anlamaq üçün yeni ipucu: Şüşə qurbağalar
26.12.2022 11:51

Nyu-Yorkdakı Təbiət Tarixi Muzeyinin tədqiqatçısı Cessi Delia və ABŞ-ın Dyuk Universitetinin əməkdaşı Karlos Taboada aktiv və yuxuda olan heyvanlara müxtəlif dalğa uzunluqlarında işıq verərək günlərini tropik bölgələrdə keçirən şüşə qurbağaların qaraciyərlərində qan toplaya bildikərini kəşf ediblər.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, tədqiqatçılar bu yolla qurbağaların qaraciyərinin şəffaflaşaraq iki dəfə böyüdüyünü bildiriblər.

 

Tədqiqat zamanı məlum olub ki, qurbağalar gecələr ovlamaq və ya cütləşmək üçün aktivləşdikləri zaman qırmızı qan hüceyrələrini dövriyyəyə buraxaraq qaraciyərlərini bərpa edirlər.

 

Araşdırmanın nəticələri "Science" elmi jurnalında dərc olunub.

Alimlər qurbağaların qaraciyərdə qırmızı qan hüceyrələrinin yüzdə 89 faizini toplayıb qan dövranından çıxardığını və bu vəziyyətin böyük bir laxtalanma meydana gətirmədən davam etdiyini bildiriblər.

Şüşə qurbağaların yaralanma kimi zəruri hallarda qanlarını laxtalandıra bildiyini qeyd edən tədqiqatçılar, belə bir hadisəni şüşə qurbağanın "super gücü" kimi şərh ediblər. Onlar yırtıcıların diqqətindən yayınmaq üçün özlərini yüzdə 61 faiz şəffaf edən şüşə qurbağaların insanlarda qan laxtalanma problemini anlamaq üçün yeni bir ipucu ola biləcəyi deyiblər.

 

Tədqiqatçılar xəbərdarlıq ediblər ki, bu bilikləri insan təbabətində praktik tətbiqə köçürmək onilliklər çəkə bilər.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır