Koronavirus keçirmiş xəstələrin orqanizmində sonrakı dövrdə daha çox hansı dəyişikliklər ola bilər? - Radioloq AÇIQLADI
23.12.2022 11:44

Keçirilmiş koronavirus xəstəliyi zamanı orqanizmdə olan bütün orqan və sistemlər zədələnə bilər. Bunlara ürək, böyrək, ağciyər, mədə və bağırsaq sistemlərini, damarları, öd yollarını, hətta xaya və yumurtalıq kimi kişi və qadın orqanlarını misal göstərmək olar.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-radioloq Şəbnəm Topbaştekin məlumat verib.

 

Həkimin sözlərinə görə, xəstəliyi yüngül formada keçirən xəstələrdə belə, sonradan 3 və 6 ay müddətində fərqli simptomlar meydana gələ bilər. Bunlardan yaddaş pozğunluğu, dad və qoxu hissinin itməsi kimi əlamətlər uzun müddət davam edə bilər.

 

“COVID-19 infeksiyası xüsusilə riskli yaş qrupundakı insanların xroniki xəstəliklərini kəskinləşdirir və ağırlaşdırır. Məsələn, ağciyərlərdə yayılmış pnevmaniya nəticəsində tənəffüslə bağlı bəzi xəstəliklər əmələ gələ bilir. Xəstəlik dövründə ürək yükünün artması ilə əlaqədar ürək çatışmazlığı əlamətləri inkişaf edir”, - deyə o, bildirib.

 

Şəbnəm Topbaştekin qeyd edib ki, COVID-19-la bağlı ölüm səbəblərinin əsas hissəsini miokard infarktı tutur. Bu isə, damarlarda olan dəyişikliklərlə əlaqədardır. Bu dəyişikliklərə damarın daxili divarının (endotel) təbəqəsinin zədələnməsinə bağlı, qanın laxtalanması və damar tutulması aiddir.

 

Radioloq bildirib ki, gözümüzün sinir təbəqəsini (retina) qidalandıran damarlarda olan tıxanıqlıq da xəstəlik müddətində və sonrakı dövrdə görmə pozğunluqlarına səbəb olur. Bunlara uveit, konyuktivit və xəstəlik dövründə qəbul edilən dərman preparatları ilə bağlı olan ağırlaşmalar aiddir. Araşdırmalara görə, COVID-19 nadir də olsa, qalıcı görmə zəifliyi və hətta az hallarda korluğa səbəb olur.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır