Niyə Omega içməliyik və hansı Omeganı seçməliyik? - Fərhad Burzu AÇIQLADI
24.12.2022 17:13
Yağ turşuları doymuş və doymamış olmaqla 2 yerə ayrılırlar. Doymamış yağ turşularına Omega yağ turşuları aiddir. Qidalanmanın vacib komponentlərindən olan bu yağ turşuları Omega 3, 6, 9 olaraq diferensasiya olunurlar.
Aztibb.az xəbər verir ki, bu barədə həkim-endokrinoloq Fərhad Burzu məlumat verib.
Həkimin sözlərinə görə, hər keçən gün cəmiyyətdə dəniz məhsullarının istehlakının azalması, eyni zamanda onların qeyri-orqanik (xüsusi yetişdirmə) olması insanların ilin uyğun fəsillərində Omeqa 3, 6 və 9-dan istifadəsində önəmlidir. Omega-3 və Omega-6 essensial (əvəzolunmayan) yağ turşuları olub orqanizmdə sintez olunmur. Omega-3 yağ turşusunun EPA, DHA və ALA kimi çox rast gəlinən növləri vardır.
Fərhad Burzu Omega-3 yağ turşusunun faydalarını da sadalayıb:
ürək-damar sistemi xəstəlikləri;
immun sistemi;
xolesterini səviyyəsi;
uşaqlarda beyin inkişafı;
Alzheimer xəstəliyi
şəkərli diabet.
Omega-3 ilə zəngin qidalar aşağıdakılardır:
balıq yağları (əsasən somon, ringa balığı);
yumurta;
bitki toxumları (kətan toxumu, çia toxumu);
soya;
fındıq, qoz.
Endokrinoloq bildirib ki, günlük Omega-3 ehtiyacı qadınlar üçün 1.1 qr., kişilər üçün 1.6 qr.-dır. Omega-6 yağ turşusun isə günlük ehtiyacı qadınlar üçün 12 qr, kişilər üçün 16 qr-dır. Daha çox günəbaxan və qarğıdalı yağında rast gəlinir.
"Omega-9 yağ turşusu essensial deyil, yəni orqanizmdə sintez olunur. Fındıq və zeytun yagında miqdarı daha çoxdur. Ümumilikdə omega yağ turşuları lipid mübadiləsində önəmli rol oynayır. Belə ki, qaraciyər piylənmələri zamanı və qanda xolesterin səviyyəsi yüksək olduqda xəstələrə təyin edilən preparatlardandır", - deyə həkim əlavə edib.
Bu bölməyə aid digər xəbərlər
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

