Kartof insulin və çəkinin azalmasına səbəb olurmu?
25.12.2022 10:55
Araşdırmalar əsasında kartof və paxlalı bitkilərin insulin və çəkinin azalmasına səbəb olduğu aşkarlanmışdır. 36 nəfər arasında aparılan araşdırmada məlum olmuşdur ki, enerji dəyəri aşağı olan kartof və paxlalılardan ibarət olan pəhriz vasitəsilə insulin rezistentliyini və qanda şəkəri nəzarət altına almaq mümkündür.
 

Aztibb.az xəbər verir ki, tanınmış həkim-endokrinoloq Fərhad Burzu bu barədə maarifləndirici məlumat paylaşıb.

Əslində kartof yüksək qlikemik indeksi olduğu üçün çox da sağlam qida sayılmır, amma eyni zamanda qeyd etmək lazımdır ki, kartofun tərkibində az yağ və aşağı enerji dəyəri olduğu aşkarlanmışdır.
 
Endokrinoloq bildirib ki, 18-60 yaş arası insulin rezistentliyi olan 36 nəfərə pəhriz uyğulanmış və pəhrizin əsas hissəsi aşağı enerji dəyəri olan kartof və paxlalı məhsullardan ibarət olmuşdur. 36 insanın bədən kütlə indeksi 25-40 kq/m2 arası, insulin rezistentlikləri isə (HOMA-İR) 2 baldan yuxarı dəyərləndirilmişdir. Pəhrizin əsasında 50-55% karbohidrat, 30-35% yağlar, 10-15% isə zülal təşkil edib.
 
Onun sözləribə görə, hər yeməkdə bir qrup xəstəyə qarnir olaraq kartof, digər qrup xəstələrə isə qarnir olaraq paxla verilib. İlkin olaraq nəzərə çarpan nəticə qanda şəkərin düşməsi və çəkinin azalması olub.
 
"14 nəfər kartofla qidalanan, 17 nəfər paxlayla qidalanan tədqiqatı bitirmiş, digər 18 nəfər isə müalicəyə davam etmişlər. Kartofla qidalananların qanındakı HOMA-İR (insulin rezistentliyi göstəticisi) 1,4 dəfə, paxlayla qidalananların isə HOMA-İR 1,3 dəfə düşmüşdür. Hər iki qrupda demək olar ki, nəticə eyni olmuşdur. Kartofla qidalananlarda ortalama 5,8 kq, paxlayla qidalananlar isə 4 kq çəkilərini azaltmışlar", - deyə Fərhad Burzu bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır