Qandakı "Aclıq hormonu" səviyyəsinin yüksək olmasının metabolizmə təsiri
24.12.2022 09:56
Ghrelin (Aclıq hormonu) mədədə sekresiya olunan (əmələ gələn) iştahı idarə edən hormondur. Bu səbəbdən də hər yeməkdən sonra toxluqla əlaqəli olaraq qanda səviyyəsinin düşməsi müşahidə olunur.
 

Aztibb.az xəbər verir ki, tanınmış həkim-endokrinoloq Fərhad Burzu bu barədə maarifləndirici məlumat paylaşıb.

 

Həkim bildirib ki, 18 həftəlik kliniki müşahidə göstərib ki, dieta ghrelin səviyyəsini artırır. Bu isə, öz növbəsində, insulin rezistentliyinin azalmasına və bədəndəki (visseral) piyin azalmasına səbəb olur: "Araşdırmada 2 qrup müşahidəyə alınmışdır. 1-ci qrupda klassik aralıq dənizi (Mediterranen) dieti tətbiq edən, 2-ci qrupda isə Mankai adlı tərəvəz, yaşıl çay, və çəkilmiş ət daxil olan fərqli bir aralıq dənizi (Mediterranean) dieti edən insanlar nəzarətə götürülüblər.
 
Nəticələr göstərmişdir ki, 2-ci qrupdakı insanların qandakı ghrelin səviyyəsi 1-ci qrupa nəzərən 2 dəfə yüksəkdir. Bu isə, uyğun metabolik nəticələrə səbəb olub".
 
Fərhad Burzunun sözlərinə görə, bütün bunlar Mediterranean dietin xüsusi yaşıl növünün əhəmiyyətini müəyyən edir.
 
O, 18 həftə davam edən və 294 nəfər üzərində aparılan bu araşdırmanın "Journal of Clinical Endocrinology & Metabolism" jurnalında dərc olunduğunu bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır