Qəhvə, kofein asılılığı və bunların hormonlarımıza TƏSİRİ
23.12.2022 10:35
 
Son dövrlərdə insanlar daha yaxşı performans, iş keyfiyyəti əldə etmək üçün fərqli içkilər istifadə etməyə çalışırlar. Bu, bəzən enerji içkiləri, bəzən isə qəhvəli isti və ya soyuq içkilərdir. Qəhvə dedikdə - onun tərkibinin əsasını təşkil edən kofeinin orqanizmə, yəni hormonlara təsiri nəzərdə tutulur.
 
 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-endokrinoloq Fərhad Burzu məlumat verib.

 

Onun sözlərinə görə, qəhvə orqanizmdəki hormonlara fərqli şəkildə təsir edir: Estrogen - qadın hormonu olaraq fərqli irqdən olan qadınlara fərqli təsiri müəyyən olunmuşdur. Məsələn, asiyalı qadınlarda yüksəlməsi, avropalı qadınlarda isə əksi müşahidə olunmuşdur. Qaradərili qadınlarda isə minimal artım müşahidə olunmuşdur. Estradiolun səviyyəsinin dəyişməsi qadınlarda mental funksiyaların dəyişməsinə də gətirib çıxarır. Bəzi araşdırmalarda süd vəzisi xərçənginin artdığını, bəzi araşdırmalar isə əksini təsdiq etmişdir.

 
F.Burzu bildirib ki, progesteron - kofeinin təsiri ilə qandakı digər qadın hormonu olan progesteronun miqdarının artması müşahidə olunur. Minimal miqdarda qəhvənin istifadəsinin isə hər hansı bir ciddi təsir etmədiyi müəyyən olunmuşdur.
 
Testosteron - bir çox araşdırmada kofeinin kişilərdə testosteronun səviyyəsinin qaldırdığı qeyd olunur. Testosteronun səviyyəsinin qadınlarda azalması isə ümumi apatiya - halsızlıq, həyat keyfiyyətinin azalması, cinsi istəksizlik yaratması xüsusilə maraqlıdır.
 
Kortizol - qəhvə stress steroidi adlandırılan kortizol hormonunun miqdarını artırır ki, bu da öz növbəsində qandakı şəkərin və beyin qan-şəkər tələbatını təmin edir. Davamlı kortizol yüksəkliyi arterial təzyiqin yüksəlməsinə və kökəlməyə səbəb ola bilər.
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır