TAVİ əməliyyatını kimlər edə bilər?
20.12.2022 09:42

İrəliləyən qapaq xəstəliklərində cərrahiyyə illərdir dəyişməyən yeganə müalicə üsuludur. Lakin, yanaşı xəstəlikləri olan yaşlılarda cərrahi müdaxilə heç də həmişə yaxşı nəticə vermir və müxtəlif fəsadlara, hətta xəstənin ölümünə səbəb ola bilər.

 
Aztibb.az xəbər verir ki, bu barədə Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
 
 
Uzman həkim bildirib ki, cərrahi riski yüksək olan xəstələrdə aparılan angioqrafik aorta qapağının dəyişdirilməsinə TAVİ deyilir.


Onun sözlərinə görə, aşağıdakı hallarda əməliyyatsız qapaq dəyişdirilməsinə daha çox üstünlük verilir:

75 yaşdan yuxarı xəstələr
Fiziki cəhətdən zəif xəstələr
Daha əvvəl ürək əməliyyatı keçirmiş xəstələr
Ürək çatışmazlığı olan xəstələr
Böyrək çatışmazlığı olan xəstələr
İnsult keçirmiş xəstələr
Şiddətli ağciyər çatışmazlığı olan XOAX xəstələri
Qaraciyər çatışmazlığı olan xəstələr
Boyun və döş nahiyəsinə radioterapiya alan xəstələr
Bədən müqavimətini pozan xroniki xəstəlikləri olanlar

 

Cabir Gülmalıyev qeyd edib ki, TAVİ metodu cərrahi qapaq dəyişdirilməsinə alternativ kimi qəbul edilməməlidir. Aşağıda sadalanan hallarda TAVİ-yə üstünlük verilmir:
Gənc xəstələr
Aşağı əməliyyat riski olan yaşlı xəstələr
Ürək klapanlarının infeksiyası olan xəstələr
Qapaq stenozu olmadan yalnız aorta qapağı çatışmazlığı olanlar

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır