Diabet üçün hansı daha yaxşıdır: az karbohidratlı, ya az yağlı?
19.12.2022 16:32

Aşağı karbohidratlı pəhriz diabetli xəstələrə daha tez arıqlamağa və az yağlı pəhrizlə müqayisədə qlükoza nəzarətini optimallaşdırmağa kömək edə bilər.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir ki, Tip 2 diabetli 100-dən çox insanı əhatə edən araşdırmaya görə, xəstələr yüksək karbohidratlı, az yağlı pəhrizlə müqayisədə aşağı karbohidratlı, yüksək yağlı, kalorili məhdudlaşdırılmış pəhrizdə 6 ay ərzində daha çox kilo itiriblər.

 

Danimarka alimləri 2-ci tip diabetli 165 nəfəri 6 ay ərzində həm aşağı karbohidratlı yüksək yağlı (LCHF), həm də yüksək karbohidratlı aşağı yağlı (HCLF) pəhrizlə qidalandırıblar. Hər iki qrupdakı iştirakçılardan enerji sərfinə bərabər miqdarda kalori istehlak etmələri istənilib.

 

Aşağı karbohidratlı pəhriz saxlayan xəstələrə kalorilərinin 20%-dən çoxunu karbohidratlardan, lakin 50-60%-ni yağlardan, 20-30%-ni isə zülallardan almaları tapşırılıb. Az yağlı pəhriz saxlayan iştirakçılardan kalorilərinin təxminən yarısını karbohidratlardan almaları, qalanını isə yağlar və zülallar arasında bərabər şəkildə bölüşdürmələri istənilib.

 

Müəyyən edilib ki, aşağı karbohidratlı pəhriz saxlayan insanlar hemoglobini A1c-ni az yağlı diyetə nisbətən 0,59 faiz daha çox azaldıblar, həmçinin aşağı yağlı qrupla müqayisədə onlar 3,8 kq daha çox çəki itiriblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır