Tədqiqat: Kimyaterapiya genetik xərçəng riskini artıra bilər
17.12.2022 10:29

Alimlər xəbərdarlıq edirlər ki, kimyaterapiya dərmanları xərçəng xəstələrinin uşaqları və nəvələrində xəstəlik riskini artıra bilər.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

ABŞ-ın Vaşinqton Dövlət Universitetində siçanlar üzərində aparılan sınaqlar zamanı gənc erkək gəmiricilərə ifosfamidin verilməsinin onların uşaqlarının ən azı iki nəslinə ötürülən zərərli genetik dəyişikliklərə səbəb olduğu göstərilib. Xərçəng şişləri ilə yanaşı, bu dəyişikliklər böyrək və reproduktiv xəstəliklər, davranış və öyrənmə problemləri ilə də əlaqələndirilib.

 

Tədqiqatçılar hesab edirlər ki, kimyaterapiya körpələrə keçən sperma hüceyrələrinə zərər verə bilər.

 

Qeyd edək ki, ifosfamid Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən əsas dərmanlardan biri kimi siyahıya alınmışdır. 1980-ci illərin sonlarında təsdiqləndikdən sonra yüz minlərlə insana verilmişdir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır