Onurğa beyni implantını 3D çapı vasitəsilə həyata keçirmək olar
29.09.2020 10:34

3D-printerin köməyilə neyrointerfeys protezlərini fərdi anatomik xüsusiyyətlərinə tam şəkildə müvafiq olaraq düzəltmək mümkündür. Bir tərəfdən elektron qurğu ilə, digər tərəfdən əzələ və ya sinirlərlə əlaqə yaratmaq üçün neyrointerfeys lazımdır. Belə qurğular bu və ya digər səbəbdən iflic olmuş, müxtəlif sinir mərkəzləri arasında və ya sinir mərkəzi ilə əzələlər arasında əlaqə pozulmuş insanlar üçün əsl xilasedici ola bilər.

 

Aztibb.az “Nauka i jizn” saytına istinadla xəbər verir ki, Rusiya və İsveçrə alimlərinin yaratdıqları elektrokimyəvi implant onurğa beyninin bərk qabığı altında yerləşdirilir. İmplant onurğa beyninə ətrafların hərəkətini idarə etməyi öyrədir. Onurğanın zədələnməsi səbəbindən baş beyinlə əlaqənin bərpası mümkün olmadıqda, bu implant müəyyən mənada ayağa qalxmağa kömək edir: idarəetməni onurğa beyini üzərinə götürür.

 

İmplant yumşaqdır: elastik polimer əsasda silikon-platin nanohissəcikdən ibarət elektrodlar yerləşdirilib. Elektrodlara qızıl “məftil” yeridilib – metal qalınlığı 35 nanometr olan qatlarla yerləşdirilib. Qatlardakı xüsusi çatlar “məftillərin” elastikliyi təmin edir. Lakin məsələ təkcə implantın yumşaqlığı ilə bitmir. Belə ki, implant ayrı-ayrı insanlarda konkret yerə yerləşdirilməlidir. Bu zaman onun ölçüsü fərdi xüsusiyyətlərə tam uyğun gəlməlidir (Yəni hər hansı orta ölçü seçməkdən söhbət gedə bilməz, hər kəs üçün fərdi hazırlamağa isə çox sərf olunur). 3D texnologiyası bu problemi həll edib. Onurğa beyninin implantı 3D texnologiyası sayəsində əldə edildikdən sonra təcrübə pişiklər və siçovullar üzərində aparılıb. Səkkiz həftə onurğa beyinində qalan implantat toxumanı qıcıqlandırmayıb, sinirləri sıxmayıb və demək olar, iltihab yaratmayıb. Digər tərəfdən, onun elektrodları funksionallığını saxlayıb. İmplant canlı orqanizmdə sınmayıb. 3D texnologiyası əsasında implantı tez və istənilən anatomik parametrə uyğun hazırlamaq mümkündür. Bundan başqa, 3D versiyasında daha ucuz materialdan istifadə etmək olar və bu, keyfiyyətə təsir göstərməyəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır