Alimlər tibbi maskaları metallarla təkmilləşdirəcək
28.09.2020 16:11

Rusiyanın Milli Tədqiqat Texnoloji Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Rusiya Elmlər Akademiyası Biokimyəvi Fizika İnstitutunun əməkdaşları müəyyən ediblər ki, nanohissəciklərin köməyilə tibbi maskanı antibakterial etmək olar.

 

“Nauka i jizn” saytında yer alan xəbərdə bildirilir ki, tədqiqatçılar dəmir, tantal və digər metal nanohissəciklərdən ibarət su-spirt məhlulu hazırlayıblar. Onlar pambıq parçanı bu məhlulda islatdıqdan sonra bakteriya hopdurulmuş bərk səthin üstünə qoyublar. Antibakterial təsirə malik nanohissəciklər bakteriyaların artmasının qarşısını alıb, tantal nanohissəciyinin təsiri daha çox olub.

 

Təcrübə zamanı nanohissəcikli məhlulları “Bacillus subtilis” və “Escherichia coli” bakteriyalarında yoxlayıblar. Həmin bakteriyalarda hüceyrə qılafı fərqli olsa da, hissəciklər onları dağıda bilib və bakteriyalar məhv olub.

 

Həmçinin məlum olub ki, nanohissəciklər xlorid benzalkoniya və xlorid benzetoniya kimi antiseptiklərdən effektiv təsir göstərib. Lakin təcrübə heyvanlar üzərində aparılmayıb, insanlar da hələ ki nanohissəcikli maska taxmayıblar. Tədqiqatların davam etdirilməsi nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır