Tanınmış uroloji cərrah və transplantoloq Rəşad Şolan tibb elmləri doktoru elmi dərəcəsini alıb
30.10.2022 08:39

Tanınmış uroloji cərrah və transplantoloq, Respublika Diaqnostika Mərkəzinin Böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri Rəşad Şolan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsini alıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində paylaşım edib.

 

"Bu gün həyatımın ən unudulmaz anıdır. Tələbə Elmi Cəmiyyətindən başlayan yol bu gün məntiqi ünvanına çatdı. Doktorluq dissertasiyamda, ilk dəfə olaraq, urologiyanın ən aktual xəstəliklərindən biri olan “interstisial sistit”in patofizioloji eksperimental modelini ortaya qoyduq, diaqnostik biomarkerlərin rolunu öyrəndik. ESSİC 2019 (European Society for Study of Interstitial Cystitis) və SUFU 2020 (Society of Urodynamics and Female Urology) kimi nüfüzlü konqreslərdə nəticələrimizi məruzə etdim. Bu nəticələrə artıq xeyli sayda istinadlar var. Bu çətin yolda mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm", - Rəşad Şolan sosial şəbəkədəki hesabında yazıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub