MBBİ əməkdaşlarının məqaləsi nüfuzlu “Agronomy” jurnalında dərc olunub
19.10.2022 15:52

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) əməkdaşlarının Çexiya, Slovakiya, Səudiyyə Ərəbistanı, Misir və Banqladeşdən olan alimlərlə birlikdə apardıqları tədqiqatlarının nəticəsi nüfuzlu “Agronomy” jurnalında nəşr edilib.

 

Bu barədə Aztibb.az-a AMEA-dan bildirilib.

 

İnstitutun Xloroplastların fotokimyası laboratoriyasının aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Ülkər İbrahimova, Genomun quruluşu və ekspressiyası laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov və həmin laboratoriyanın aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Zərifə Süleymanovanın həmmüəllif olduqları məqalə “Duz stresinə adaptasiya mexanizmlərinin iki yumşaq buğda (Triticum aestivum L.) genotipində qiymətləndirilməsi” adlanır.

 

Məqaləyə baxış sayının çox olmasına və çoxsaylı yükləmələrə görə jurnalın baş redaktoru Niki Syuy Ülkər İbrahimovaya təbrik məktubu göndərib. O, alimlərimizlə əməkdaşlığı yüksək qiymətləndirdiyini və əlaqələrin davamlı olmasını arzuladığını bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib