Təbii antibiotik kəşf olundu - Rusiyada
24.09.2020 14:38

Tümen Dövlət Universitetinin alimləri patogenlərin dərman preparatlarına qarşı müqavimətini aşağı salan universal təbii antibiotik tapıblar.

 

Aztibb.az ria.ru-ya istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Applied Biochemistry and Microbiology” jurnalında dərc edilib.

 

Müəlliflər tapılan maddənin insanlarda və heyvanlarda bakteriya və göbələklərlə əlaqədar olan yoluxucu xəstəliklərin əksəriyyəti ilə effektiv mübarizəyə kömək edəcəyini iddia edirlər.

 

Tümen Dövlət Universitetinin tədqiqatçıları dünyada ilk dəfə peptid Emerisillipsin A-nın unikal qabiliyyətini nümayiş etdiriblər. Ekspertlərin sözlərinə görə, maddə bakteriyaların yenilərini meydana gətirmə qabiliyyətinə maneə törədir və bu, patogenlərin antibiotiklərə qarşı müqavimətini itirir.

 

Məqalə müəllifləri bildirir ki, tədqiq olunan maddənin əsas terapevtik xüsusiyyəti onun effektinin universal olmasıdır.

 

Mütəxəssislərin sözlərinə görə, Emerisillipsin A həm müstəqil müalicə vasitəsi, həm də kompleks preparatlar elementi kimi perspektivlidir. Müalicə inyeksiya və ya yerli olaraq təsirlənmiş toxumaya birbaşa müdaxilə yolu ilə həyata keçirilə bilər.

 

Gələcəkdə alimlər qrupu hüceyrə modelləri ilə işləməklə dərmanın laborator müayinəsinə keçmək niyyətindədirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır