Hər dərman preparatını ev şəraitində istifadə etmək olmaz - XƏBƏRDARLIQ
18.07.2020 14:40

Ölkəyə COVID-19-la bağlı Rusiya, Türkiyə və Kubadan gələn mütəxəssilərlə dərman protokollarını, müalicə vasitələrini müzakirə edirik.

 

Aztibb.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

 

Y.Qarayeva bildirib ki, ölkəmizə gələn xarici həkimləri ən çox təəccübləndirən məqamlardan biri də Azərbaycanda olan dərmanlardır, çünki bu dərmanların çoxu başqa ölkələrdə hazırda çətin tapılır. Bu dərmanlar ölkəmizə gətirilib və proses davam edir: "Vətəndaşların apteklərdən aldıqları dərmanlara gəldikdə isə, bu zaman diqqətli olmaq lazımdır. Xüsusilə də sosial şəbəkələrdə koronavirusla bağlı müxtəlif dərman preparatlarının adları çəkilir. Dərmanların xeyri olduğu kimi ziyanı da var, hər dərman preparatını ev şəraitində istifadə etmək olmaz.

 

Evdə istifadə oluna bilən dərmanların siyahısı Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən açıqlanıb. Bunlar əsasən evdə müalicə alan xəstədə qızdırma olarsa, hərarəti salmaq üçün istifadə olunan dərmanlar və vitaminlərdir".

 

TƏBİB rəsmisi qeyd edib ki, digər antiviral dərmanları axtarmaq, almaq, evdə saxlamaq, ev şəraitində istifadə etmək yanlış yanaşmadır. Əgər göstəriş olarsa, həmin dərmanlar xəstələrə verilir: "Bu dərmanların əks təsirləri var, ona görə də həmin preparatları təyin etməzdən qabaq xəstələrin sağlamlıq göstəriciləri yoxlanılır. Bu dərmanları nəzarətsiz istifadə etmək düzgün deyil".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır