Tənha ahıllar üçün tibbi müayinələr təşkil olunub
30.09.2022 15:01

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində səyyar tibbi müayinələr təşkil olunub.

 

Aztibb.az xəbər verir ki, 1 Oktyabr – Beynəlxalq ahıllar gününə həsr edilmiş tibbi müayinələrin keçirilməsində əsas məqsəd müəssisədə məskunlaşmış ahıl sakinlərdə xəstəlikləri erkən mərhələdə aşkarlamaq və ağırlaşmaların qarşısını almaqdır. 2 gün davam edən aksiya müddətində icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan müayinələrə 75 nəfər cəlb olunub.

 

Ahıl şəxslərin  ümumi vəziyyətlərinin dəyərləndirilməsi üçün laborator analizlər keçirilib. Belə ki, qanın ümumi və biokimyəvi göstəricilərini, qalxanabənzər vəzinin hormonlarının, D vitaminin səviyyələrini müəyyən etmək üçün qan nümunələri götürülərək laborator müayinəyə göndərilib.

 

Aksiya çərçivəsində ixtisaslı həkimlər - həkim kardioloq, həkim-endokrinoloq, həkim-nevroloq, həkim-cərrah, həkim-travmatoloq - tərəfindən də diaqnostik müayinələr aparılıb. 36 nəfər exokardioqrafiya (EXO), 50 nəfər isə elektrokardioqramma (EKQ) müayinələrindən keçib.

 

Sosial baxımdan həssas əhali qrupuna aid şəxslərin sağlamlığının qorunması  istiqamətində analoji tədbirlərin Agentlik tərəfindən bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib