Alimlər yaşıl çayın daha bir faydasını müəyyən ediblər  
06.08.2022 09:14

Yaşıl çay uzun müddətdir ki, sağlamlıq üçün bir çox faydaları ilə tanınır. Lakin yeni bir araşdırma göstərib ki, onun faydası daha perspektivli ola bilər.

 

Belə ki, ekspertlər yaşıl çayın metabolik sindroma təsirini araşdırıblar. Metabolik sindrom şəkərli diabet, yüksək qan təzyiqi (hipertoniya) və piylənmənin birləşməsini ifadə edən tibbi termindir.

 

Aztibb.az focus.ua-ya istinadla xəbər verir ki, nəticələr yaşıl çayın bağırsaq iltihabını azaltmağa, həmçinin bu sindromu olan insanlarda qanda şəkərin səviyyəsini aşağı salmağa qadir olduğunu göstərib.

 

"Əvvəlki tədqiqatlar dəfələrlə göstərib ki, insanlar yaşıl çayı daha tez-tez qəbul etdikdə onlarda xolesterin, trigliserid və qlükozanın səviyyəsi yaxşılaşır. Lakin heç bir araşdırma onun faydasını bağırsaqla əlaqələndirməyib", - deyə tədqiqat müəllifi Ohayo Dövlət Universitetindən Riçard Bruno bildirib.

 

Tədqiqatçılar müəyyən ediblər ki, plasebo qəbul edənlərlə müqayisədə yaşıl çay ekstraktına üstünlük verənlərin qanında şəkərin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı olur. Araşdırma zamanı, həmçinin bağırsaq iltihabının da azaldığı müşahidə edilib.

 

“Tədqiqatımız hazırda müalicəsi çox çətin olan metabolik sindromun yeni müalicə üsullarına yol açır. Lakin bunun üçün mütləq əlavə tədqiqatlar aparmalıyıq”, - deyə alimlər bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib