Şuşa şəhərində ilk tibbi konfrans təşkil olunub
02.08.2022 18:51

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), İctimai Səhiyyə və İslahatlar Mərkəzi, "Referans Medical Group" və "Uptodate in Medicine"-nin təşkilatçılığı ilə Şuşa şəhərində “Dağ-səhra şəraitində xəstələrin təxliyəsi və təcili cərrahiyyəsi" adlı tibbi konfrans keçirilib.

 

Aztibb.az-ın məlumatına görə, konfransda 120-ə yaxın mütəxəssis iştirak edib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Konfransda qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan azad etdi. Bu qələbənin əldə olunmasında ilk gündən əsgərlərimizlə birgə ön cəbhədə xidmət göstərmiş peşəkar həkimlərimizin də böyük rolu olub. Eyni zamanda, konfrans zamanı Vətən müharibəsində iştirak etmiş mütəxəssislər yaşadıqları təcrübələri iştirakçılarla bölüşüblər.

 

Peşəkar həkimlərin çıxışlarında ilk tibbi yardım metodlarından yararlanaraq zədələnmənin mexanizminin təyin edilməsi, texnogen fəlakətlər zamanı xəstəxanaya qədər ilk tibbi yardımın xüsusiyyətləri, dağ-səhra şəraitində hava yolları yaralanmaları və ürək dayanmalarında müalicə prinsipləri, habelə travma ilə bağlı həyata təhlükə yaradan halların diaqnostikası kimi mövzular müzakirə olunub.

 

Qeyd edək ki, konfrans iştirakçıları günün ikinci yarısında Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yerləşən tarixi məscidləri və abidələri ziyarət ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır