Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Zaqatalada tibbi aksiya keçirilib
30.07.2022 20:20

Akad. C. Abdullayev adina Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən ölkə ərazisində şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiyalar keçirilir.


Növbəti tibbi aksiya iyul ayının 30-da Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Zaqatala Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı və təşəbbüsü ilə baş tutub.

 

Aksiya zamanı Balakən, Qax, Zaqatala rayonlarında yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 100-dən artıq vətəndaş kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib. Onlara EKQ, ExoKQ və USM müayinəsi aparılıb.

 

Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndiriliblər.

 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya yerli əhali tərəfindən məmnunluqla qarşılanıb.

 

Qeyd edək ki, tədbir "Gen İlaç", "Altes Pharm" və "Herba Flora" farmaseptik şirkətlərinin dəstəyi ilə gerçəkləşib.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib