Diyetoloq daha yaxşı yata bilmək üçün dörd çay növünü tövsiyyə edib
28.07.2022 09:37

Bəzi insanlar digərlərinə nisbətən yuxusuzluğa daha çox meylli olsalar da, lakin vaxtında yuxuya getməyin bir neçə yolu var.

 

Aztibb.az MedikForum-a istinadla xəbər verir ki, yuxusuzluq təkcə insanın işinə və ailə həyatına mənfi təsir göstərmir, eyni zamanda, yaddaş itkisi, şəkərli diabet, ürək xəstəlikləri və yüksək qan təzyiqi riskini artırır.

 

Həkim-diyetoloq Vasilisa Ponomareva daha yaxşı yatmağa kömək edən dörd çay növünü tövsiyə edir:

 

Çobanyastığı çayı. Bəzi tədqiqatlar göstərir ki, çobanyastığı yuxu keyfiyyətini yaxşılaşdıra bilər. Tədqiqat nəticəsində məlum olub ki, iki həftə ərzində hər gün çobanyastığı çayının qəbulu yuxunu xeyli yaxşılaşdırır.

 

Aşvaganda çayı. Aşvaganda güclü dərman bitkisi kimi tanınır. Bitkinin kökünün "yüksək dozada istehlak edildikdə" yuxuya səbəb ola biləcəyi hesab olunur. İnsan üzərində tədqiqatlarda, o cümlədən hind alimlərinin araşdırmalarında, aşvaganda bədənin "rahatlanmasına" və istirahətə hazırlaşmasına kömək etmək, həmçinin ümumi yuxu keyfiyyətini yaxşılaşdırmaq qabiliyyətini müşahidə etdirib.

 

Valerian çayı. Aşvaganda kimi, valerian kökü yuxuya getməyə kömək edən və yuxusuzluğu aradan qaldıran dərman bitkisi kimi istifadə olunur. Valerian bədənin nə vaxt yatmaq və nə vaxt oyanmaq vaxtını təyin edən gündəlik ritmini dəyişdirməyən yuxusuzluqla mübarizə aparmaq üçün təhlükəsiz bir strategiya hesab olunur.

 

Nanə çayı. Nanə ənənəvi tibbdə çoxdan məşhur bir vasitədir. Bunun antivirus, antimikrob və həmçinin antiallergik ola biləcəyi hesab olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər