Diabetdə ölümün qarşısını almaq üçün gündəlik optimal addım sayı nə qədərdir?
27.07.2022 12:53

Prediabet və ya diabet xəstəsi olan təxminən 1700 yetkin üzərində aparılan yeni araşdırmanın nəticələrinə görə, gündə 10.000 addım atmaq qan şəkərinin tənzimləməsində problemləri olanlar üçün ölüm riskini azalda bilər.

 

Bu barədə Aztibb.az-a endokrinoloq Fərhad Burzu məlumat verib.

 

Həkim qeyd edib ki, tədqiqatda  iştirak edənlərin 1194 nəfəri prediabet, 493 nəfəri isə diabet xəstəsi olub. Şəkərli diabet xəstələrin acqarına qlükoza səviyyəsi 126 mq/d/L yüksək, prediabet xəstələrin isə qlükoza səviyyəsi 100-125 mq/dL arasında olub. Prediabetli yetkinlərin yarısından çoxu (orta yaş 55) kişilər olub və onlar gündə 8500 addım gəziblər. Diabetlilərin isə yarısı kişilər olub (orta yaş 61) və onlar gündə 6300 addım gəziblər. İştirakçılar 7 gün ərzində addımları saymaq üçün bellərinə akselerometr (addımölçən) taxıblar.

 

Onun sözlərinə görə, tədqiqatçılar yaş, cins, etnik mənsubiyyət, pəhriz, diabet dərmanlarının istifadəsinə görə düzəlişlər ediblər. 9 il ərzində 200 prediabetli, 138 diabetli insan ölüb. Sağ qalanlara əsaslanaraq gündə 10 000 addım gəzmək prediabet və diabetli insanlar üçün ölüm riskini azaltmaq üçün demək olar ən yaxşı səbəbdir. 

 

"Gündə 10 000 addım gəzmək çətindirsə, tədqiqat müəllifləri , həkimlə danışıb hər kəsin özünə uyğun fiziki məşğələlər proqramı təyin etməsini tövsiyyə edirlər", - deyə Fərhad Burzu əlavə edib. 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib