Böyrək daşı olanlar üçün faydalı qidalar - BARAT YUSUBOV AÇIQLADI  
27.07.2022 09:32

Böyrək daşı olan insanlar çərəz, ispanaq və kakao istifadəsini azaltmalıdır. Oksalat maddəsi, demək olar hər qidanın tərkibində var. Lakin, bu, bəzi qidalarda daha çoxdur, buna görə də çərəz, çay, qəhvə, ispanaq, kakao, çiyələk kimi qidaların qəbulunda diqqətli olmaq, daha az istifadə etmək lazımdır.

 

Bu barədə tanınmış nefroloq Barat Yusubov öz feysbuk səhifəsində paylaşım edib.

 

Həkim bildirib ki, heyvansal protein, kalsium və xüsusilə də pomidorda olan oksalat maddəsi böyrəklərin fəaliyyətinə mənfi təsir göstərir. Böyrək daşı olanlar protein qəbuluna diqqət etməlidirlər: "Bir yemək qəbulu zamanı heyvansal protein qəbul edirsinizsə (hər hansı ət və ya ət məhsulu), digər yemək qəbulu zamanı lifli qidalara üstünlük verin, əgər səhər çox miqdarda pendir yeyirsinizsə, günorta ət xörəyi yeməyin".

 

O, böyrək daşı olanlara böyrəyi su ilə bəsləməyi məsləhət görüb. Qeyd edib ki, sidik vasitəsi ilə orta hesabda 50 maddə süzülərək orqanizmdən atılır. Kifayət qədər su içildikdə sidiyin miqdarı artır və bu da maddələr mübadiləsinə və süzülmə prosesinə yaxşı təsir edir. Beləliklə, böyrəklərdə kristallaşma azalır, mövcud olan kiçik kristallar orqanizmdən ifraz olunur.

 

Nefroloqun sözlərinə görə, az su içildiyində süzülmə miqdarı azalır və daş əmələ gəlməsinə səbəb olan kalsium, oksalat və oxşar maddələr kristallaşmağa başlayır, zaman keçdikcə daşa çevrilir.

 

"Böyrəklərinizdə daş əmələ gəlməməsi üçün gündəlik olaraq 2 litrə yaxın su qəbul edin. Amma hər bir insan gündəlik su içərkən sidiyə çıxmağını nəzarətdə saxlamalıdır. Əgər siz 2 litr su içib, gündəlik o suyun bədəndən ifraz olmadığını, şişkinlik yaratdığı hiss edirsinizsə, su miqdarını azaltmalı və həkimə müraciət etməlisiniz. Normal su qəbulu və ifrazatı zamanı sidik iysiz və rəngsiz olmalıdır", - deyə Barat Yusubov bildirib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib