Şamaxıda icbari tibbi sığorta ilə əlaqədar maarifləndirici tədbir keçirilib
24.07.2022 08:56

Şamaxı Müalicə Diaqnostika Mərkəzində “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şamaxı filialının rəhbəri Elşən Rəcəbov, rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Emin Hüseyn, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini Mehriban Eyubova son illər ölkəmizdə, o cümlədən rayonda səhiyyənin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışaraq icbari tibbi sığorta ilə bağlı yerlərdə əhalinin maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb, bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.

 

Çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şamaxı filialının rəhbəri Elşən Rəcəbov, Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Emin Hüseyn icbari tibbi sığorta haqqında, habelə tibbi xidmətlərdən istifadə qaydaları və sığorta haqları, xidmətlər zərfinə daxil olan tibbi xidmətlər və bu xidmətlərin həyata keçirildiyi dövlət və özəl tibb müəssisələri barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.

 

Tədbir qarşılıqlı diskussiya şəraitində keçib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır