Uşaqların əşyalara bağlanması psixoloji haldır
21.07.2022 11:14

Uşaqlar böyüdükcə onların fizioloji tələbatları ilə yanaşı beyninin inkişafını dəstəkləyən emosional tələbatlarının ödənilməsi də çox önəmlidir.

 

Aztibb.az tibbi saytlara istinadla bildirir ki, uşaqlığın ilk çağlarında onlar təhlükəsizlikdə olmağa ehtiyac duyur. Ata-ananın uşağın üzünə baxaraq gülümsəməsi, sakit səs tonu ilə onunla danışması uşağın beynində “mən təhlükəsiz yerdəyəm”, “mən sevilirəm” düşüncələrini inkişaf etdirir. Bu davamlı şəkildə olarsa, uşağın valideynə güvənli bir şəkildə bağlanmasına imkan yaradır. Uşaqlar valideynlərə bağlıdır və böyüdükcə ata-anadan ayrılma zamanı bu bağlılığı başqa bir yönə istiqamətləndirmək üçün onları xatırladan bir əşyaya ehtiyac olur. Çünki, ata-ana ilə uşaqlıq dövründə olan əlaqələrini, böyüyərkən da davam etdirməyə ehtiyac hiss edirlər. Bu səbəblə valideynlərinin olduğu və ya olmadığı hər bir mühitdə “kiçik ədyal”, “yastıq” və ya “yumşaq oyuncaq” kimi əşyalardan asılılıq yaranır və onları özləri ilə gəzdirirlər. Psixologiyada bu əşyalara “keçid dövrü əşyası” adı verilib. Uşaqların 5 yaşa qədər bu əşyalardan istifadə etməsi normal sayılır. Hətta bəzən ilk dəfə dərsə başladığı zamanlar uşağın həmin əşyanı özü ilə daşıması normal sayılır. Bu hal onun yeni mühitə uyğunlaşmasına kömək edir. Lakin uşaqlar 8-9 yaşında keçid əşyası olmadan sakitləşə bilmirsə mütləq psixoloqa müraciət edilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib