Qəhvə insan orqanizmində cavanlaşdırıcı təsirə malikdir
21.07.2022 12:53

Qəhvə insan orqanizmində cavanlaşdırıcı təsirə malikdir. Bunu rusiyalı həkim-dermatoloq və kosmetoloq Stanislav Arkannikov açıqlayıb. Həkim eyni zamanda qeyd edib ki, qəhvənin cavanlaşdırıcı təsiri onun tərkibindəki orqanizm üçün faydalı və zəruri olan kofein, vitaminlər, minerallar, linol turşusu və antioksidantlara görə baş verir.

 

Aztibb.az tibbi saytlara istinadla bildirir ki, insan orqanizmində neqativ ətraf mühitdən, səhv qidalanmadan, əsəb və stresdən əmələ gələn sərbəst radikallar olan kimyəvi birləşmələri zərərsizləşdirən antioksidantlar içkinin cavanlaşdırıcı təsirini özündə ehtiva edir.

 

“Xaricdən aldığımız bütün sərbəst radikallar orqanizmdə qocalma proseslərini sürətləndirir. Kofein isə limfa sistemini stimullaşdırır. Əgər insan qəhvəni gündə lazımi qədər içərsə, üz və bütün bədən şişkinliklərindən qoruna bilər”,- deyə S.Arkannikov bildirib.

 

Həkimin sözlərinə görə, qəhvə həm də yağ vəzlərini normallaşdırır, bu da sızanaq, tük follikullarının və onunla yanaşı yerləşən piy vəzilərinin iltihablaşmasının qarşısını alır. Qəhvəni gündə 2 və ya 3 fincan içmək tövsiyə edilir. Həddindən artıq qəhvə istifadə etmək isə arzuolunmazdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib