“Həkimlərimizi tanıyaq!” - İnvaziv kardioloq Samir Mustafayev
14.07.2022 11:13

“Həkimlərimizi tanıyaq!” rubrikamızda sizlərə pasiyentlərin etimadını qazanmış, səmimiyyəti və peşəkarlığı ilə seçilən invaziv kardioloq Dr. Samir Mustafayevi- https://customshospital.az/samir-mustafayev təqdim edirik.

 

Samir Mustafayev hər gün ölkə daxilindən və xaricindən müraciət edən onlarla pasiyentin ürək-damar sistemini müayinə edir, ən müasir müalicə metodlarından istifadə edərək onlara sağlamlıq bəxş edir. O, EKQ, holter monitorinqi, fiziki yük sınağı, exokardioqrafiya, transezofagial exo, stress exokardioqrafiya, ambulator qan təzyiqi monitorizasiyası, kardioversiya, müvəqqəti süni ritm aparıcısı tətbiqi, intaortik balon pompası tətbiqi, koronar angioqrafiya, PTKA, yüksək riskli PTKA və stent tətbiqi, xroniki total okkluziyalarda PTKA və stend, ürək boşluqlarının kateterizasiyası, döş qəfəsi və qarın aortaqrafiyası, koronar, periferik, renal agioqrafiya və aortaqrafiya ilə məşğul olur.

 

Dr. Samir Mustafayev 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin II müalicə profilaktika fakültəsində ali təhsil almış, 2009-cu ildə Türkiyənin Samsun şəhərində 19 Mayis Universitetinin Tibb fakültəsi xəstəxanasında ümumi kardiologiya üzrə təhsilini davam etdirmiş və 2009-2012-ci illərdə Türkiyə Cümhuriyyəti, Samsun Mediva özəl xəstəxanasında invaziv kardioloq işləmişdir. Dr. Samir Mustafayev 2012-ci ildən Mərkəzi Gömrük Hospitalında invaziv kardioloq kimi fəaliyyət göstərir.

 

Kardioloq-həkim dünya üzrə keçirilən bir sıra konfranslarda, ö cümlədən 2015-ci ildə İngiltərənin paytaxtı London şəhərində “Avropa Kardioloji Cəmiyyəti”-nin konfransında, 2016-cı ildə İtaliyanın paytaxtı Romada “Avropa Kardioloji Cəmiyyəti”-nin konfransında, 2017-ci ildə “Avropa Kardioloji Cəmiyyəti”-nin İspaniyanın Barselonada keçirilmiş konfransında, 2018-ci ildə Almaniyanın Münhün şəhərində keçirilmiş ESC konqresində iştirak edib.

 

O, Azərbaycan Kardiologiya Cəmiyyətinin, Türk Kardioloji Dərnəyinin və Avropa Kardiologiya Cəmiyyətinin üzvüdür.

 

Dr. Samir Mustafayevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib