Darçın hüceyrələrin qocalma prosesini ləngidir
13.07.2022 01:31

Darçın hüceyrələrin qocalma prosesini azaldır, yəni bədənimizin gəncliyini uzadır. Darçın infarkt və insulta səbəb olan qan laxtalarının və ya qanda trombların inkişafının qarşısını alan təbii antikoaqulyantdır. Darçının özündə iltihabla aktiv mübarizə aparan flavonoidlər var.

 

“MedikForum” xəbər verir ki, terapevt və diyetoloq Yelena Tixomirovanın sözlərinə görə, insan orqanizmində darçının qəbulu sayəsində müxtəlif toxumalarda azot oksidinin sintezi prosesi güclənir. Bununla da, qocalmanın sürətlənməsinə səbəb olan və müxtəlif növ xəstəliklərin riskini artıran sərbəst radikalların hücumlarından müdafiə təmin edilir. Sərbəst radikallar və oksidləşdirici stres bədənimizdə xəstəliklərin və məkrli patologiyaların əsas səbəbləridir. Darçın qanı daha axarlı edir, onun antitrombotik təsiri elmə yaxşı məlumdur.
Bəlkə də darçının ən dəyərli faydalarından biri bədəndə demək olar ki, bütün hüceyrələrinin qocalma proseslərini ləngitmək qabiliyyətidir. Ancaq bu hərəkətə yalnız ümumilikdə sağlam pəhrizə riayət edilməsi təqdirdə nail olmaq olar.

 

Diyetoloq hesab edir ki, sizin qida rasionunuz əsasən fastfud, un məhsulları və qırmızı ət kimi yeməklərdən ibarətdirsə, o zaman hətta darçın belə kömək etməyəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib