Yayda isti çay içməyin FAYDALARI
07.07.2022 08:10

İsti havalarda su balansına nəzarət etmək və günəşdə bədəni yandırmamağa çalışmaq çox vacibdir. Belə bir vaxtda xüsusilə soyuq içkilərlə, yaxud dondurma ilə istini bədəndən qovmağa çalışırıq. Lakin diyetoloqlar belə qidalardan sui-istifadə etməyi məsləhət görmür. Soyuq su içdiyiniz və ya desert yediyiniz zaman bədən temperatur fərqini kompensasiya etmək üçün qızmağa başlayır. Bu, günəş vurmasına səbəb ola bilər. Odur ki, əks təsirə səbəb ola biləcək isti çaya üstünlük vermək daha məqsədəuyğundur.

 

Sərinləməyə kömək edir

 

Çay içərkən tərləmə sürəti çox artır, bu, çoxlarının xoşuna gəlməyə bilər. Lakin tər mühüm funksiyanı yerinə yetirir. Tər dəridə buxarlanaraq orqanizmin soyumasına kömək edir.

 

Maddələr mübadiləsini yaxşılaşdırır

 

Bir çox Asiya ölkələrində yeməklə isti içkilər içmək ənənədir. Xüsusilə yay aylarında bu faydalı vərdişi istifadə etməyə dəyər. Bu, vitaminləri mənimsəməyə kömək edir, həmçinin bədəndə artıq suyun tutulması ilə mübarizə aparır.

 

İnfeksiyalarla mübarizə aparır

 

İsti çay immunitetimizi gücləndirə bilər. Koronavirus infeksiyası hələ davam edir, odur ki, immuniteti gücləndirmək təkcə qışda deyil, yayda da faydalı olacaq.

 

Reproduktiv sağlamlıq problemlərinin qarşısını alır

 

Menstruasiya pozğunluğuna səbəb ola bilən soyuq içkilərdən fərqli olaraq, ilıq çay menstruasiyaya müsbət təsir edir və orqanizmdə qan dövranını yaxşılaşdırır.

 

Arıqlamağa kömək edir

 

Çayın tərkibində flavonoidlər var. Bunlar bədənə yağları daha sürətli və daha yaxşı parçalamağa kömək edən bitki piqmentləridir. Həmçinin çayın bir çox növlərində bizi daha çox hərəkət etdirən kofein var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib